Bakıda qala divarlarının üzərində “sənət əsərləri”: Sevgi etirafı, maşın nömrələri... - FOTO

9 İyun 2022 13:22

"İçərişəhər"də vandalizm nümunələri hiddət doğurub.   

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, divarda maşın nömrələri, adların baş hərfləri yazılıb:

"İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər".

Milli.Az