Bu gün muğamlarımızın mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun anım günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun vəfatından 37 il ötür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.
Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır". Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.
Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.
Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib.
Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi "Mansurovlar" adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: "Tardan özgə qalmadı yari-vəfadarım mənim". Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın





