Xalq şairi Fikrət Qocanın qəbirüstü abidəsi tamamlanmaq üzrədir.
Bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev məlumat verib.
O bildirib ki, abidənin şairin vəfatının ildönümündə ucaldılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il mayın 5-də vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn edilib.
Milli.Az