Mədəniyyət

Azərbaycanda «Yaxşıların yaxşısı» kimlər seçildi?

6 May 2010 14:28
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, tədbirin aparıcılıq missiyasını öz üzərinə götürən müğənni Natəvan Həbibi və əməkdar artist Əkbər Əlizadə qaliblərin adlarını açıqladılar. "Yaxşıların yaxşısı" mili mükafatı ilk dəfə olaraq "Primadonna" nominasiyası üzrə İlhamə Quliyevaya təqdim edildi. Daha sonra milli mükafata layiq görülən digər qaliblərin adları açıqlanldı - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Mətbuatın dostu", dinamik inkişafına görə və yeniliklərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Məclisin iqtisadi-siyasi komissiyasının sədri Ziyad Səmədzadə maarifçiliyin inkişafındakı xidmətlərinə görə qalib oldu. Mükafat alanlardan Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev "ilin ən yaxşı teatr tamaşası" nominasiyasında "Arşın mal alan" operettasına görə seçildi.

Qeyd edək ki, mükafat alanlar sırasında xalq artisti Teymur Göyçəyev, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, millət vəkilləri Dünyamin Xəlilov,  Adil Əliyev, Cavanşir Paşazadə, Əhəm Əhmədov, şair Baba Vəziroğlu,  idman ustası Kənan Məmmədov, YUNİSEF Uşaq Təşkilatı, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev,  musiqi qruplarından "Xan" və "Kristal", müğənnilər Faiq Ağayev, Mətanət Əsədova, Natəvan Həbibi, Manana Caparidze, Elza Seyidcahan, Fidan Hacıyeva, İzzət Bağırov, gənc yazar Elxan Xanəlizadə,  xanəndə Qoçaq Əsgərov, bəstəkar Aygün Səmədzadə və başqaları var idi.

Xatırladaq ki, 12 ildir mükafat ötən il ərzində Azərbaycan üçün xeyirli işlər görmüş, dəyərli layihələrə imza atmış şəxslərə təqdim edilir.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.