Hadisə, Kriminal

Azərbaycanlı mühafizəçini Rusiyada 25 ilə qədər həbs GÖZLƏYİR

7 Sentyabr 2021 18:30
0 Şərh     Baxış: 1 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı Zaur Kərimov mübahisə zamanı 24 yaşlı tələbəni qətlə yetirməkdə təqsirləndirilir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Sankt-Peterburqun mərkəzində mühafizə şirkətlərindən birində çalışan Kərimov firmanın onu işədüzəltmə adı altında aldatdığını iddia edən 24 yaşlı tələbə Vladislav Qolikovla mübahisə edib. Azərbaycanlı mühafizəçi üstündəki travmatik tapançadan atəş açaraq tələbəni qətlə yetirib.

Mühafizə şirkətinin vətəndaşları müxtəlif vədlərlə aldatdığı da üzə çıxıb. Faktla bağlı Zaur Kərimov və onun 4 iş yoldaşı saxlanılıb. Azərbaycanlı mühafizəçini "qəsdən adam öldümə" və "fırıldaqçılıq" ittihamı ilə 25 ilə qədər həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.