Hadisə, Kriminal

Ana 13 yaşlı qızının açıq-saçıq fotolarını yaydı: Qızımı indidən model kimi tanıtdırmaq istədim...

1 Sentyabr 2021 02:02
0 Şərh     Baxış: 5 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnoyarskda məktəbli qızın açıq-saçıq fotoşəkillərinin yayılması ilə bağlı əhvalat böyük qalmaqala səbəb olub. Hətta məsələ şəxsən Rusiya İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastryıkinin nəzarəti altındadır.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, o ərazi istintaq orqanlarının rəhbərlərinə azyaşlı ilə bağlı hadisəni araşdırmağı tapşırıb. Xatırladaq ki, rayon mərkəzinin sakini fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən sonra 13 yaşlı qızını videoya çəkib, onu sosial şəbəkələrdə yerləşdirib. Bildirib ki, qızını model olaraq hazırlayır, indidən onu böyük moda dünyasına tanıdır. Ancaq qadını erotik və pornoqrafik məzmunlu şəkillər yaymaqda ittiham ediblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq çərçivəsində məhkəmə ekspertizası təyin edilib. Maraqlıdır ki, qadın icazə verilən xətti keçmədiyini sübut edə bilib. Bəlkə də belədir, amma daha yaxından araşdırıldıqda məktəbli qızın şəkillərinin intim xarakteri daşıdığını görmək mümkündür.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.