Hadisə, Kriminal

Polis kapitanı intihar etdi - Ağzından pis qoxu gəldiyindən narahat olub

9 Avqust 2021 14:46
0 Şərh     Baxış: 2 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyinin bölmələrindən birinin əməkdaşı Moskva vilayətindəki evinin yaxınlığında ölü tapılıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, ilkin versiyaya görə, qadın sağlamlıq problemi üzündən intihar edib. Mərhumun dörd azyaşlı övladı qalıb. Qeyd edilir ki, qadın ciddi bir mədə xəstəliyi olduğunu bilib və bundan çox narahat olub. Dəfələrlə ağzından iy gəldiyindən narahat olub. Bəzi məlumatlara görə, mərhum bu yaxınlarda mədə-bağırsaq traktında ciddi bir xəstəliyindən xəbər tutub. Özünü binadan atmaqla intihar edən qadının meyitini isə oğlu tapıb.

Polis və istintaq komitəsi çoxuşaqlı qadının bu cür dəhşətli hərəkətinin mümkün səbəblərini araşdırır.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.