Hadisə, Kriminal

Sosial şəbəkədə tanış olduğu məktəblini zorladı - Barəsində axtarış elan olundu - FOTO

5 İyul 2021 10:14
0 Şərh     Baxış: 4 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterinburqda (Rusiya) 19 yaşlı gəncin törətdiyi zorlama faktı hər kəsi şoka salıb. Bildirilir ki, 16 yaşlı məktəbli qıza bədən xəsarətləri yetirməklə zorladığı üçün onun barəsində axtarış elan olunub. Şəhərdə böyük əks-səda doğuran bu hadisənin araşdırılmasına başlanılıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, əvvəllər oğurluq üstündə həbs olunan gənc zorladığı qızla sosial şəbəkədə tanış olub. Müxtəlif vasitələrlə qızı aldadaraq tanış bir evə aparıb və orada zorlayıb. Qızın anası bu barədə polisə müraciət etdikdən sonra gənc barəsində axtarış elan olunub. Zorakılığa yol verən gəncin səhifəsində belə bir söz yazılıb - "cəhənnəmdə yan". Zorlanan qız da başına gələnlər barədə Tiktok səhifəsində məlumat yerləşdirib.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.