Hadisə, Kriminal

Kazan dəhşətinin qurbanları anılır - FOTO

12 May 2021 14:37
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kazan şəhərində 11 nəfərin ölümü ilə nəticələnən silahlı basqının baş verdiyi 175 nömrəli gimnaziyada qurbanların xatirəsinə iki memorial stendi yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 nəfərlik qrup şəklində ziyarət edən insanlar ora gül və oyuncaqlar qoyurlar. Gimnaziyanın ərazisi Rusiya Milli Qvardiyası tərəfindən mühafizə olunur.

Qeyd edək ki, Kazan şəhərinin 175 saylı gimnaziya məktəbində mayın 11-i baş verən basqın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Mayın 12-si respublikada matəm günü elan olunub. Basqını törətməkdə şübhəli bilinən məktəbin 19 yaşlı məzunu saxlanılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.