Hadisə, Kriminal

Dəniz sahilindən qadın meyiti tapıldı

30 Aprel 2011 10:54
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, təxminən 40-45 yaşlarında, orta boylu naməlum qadın meyiti aprelin 29-da saat 20:00 radələrində Xəzər dənizinin Lənkəran şəhəri ərazindəki sahilində yerli sakinlər tərəfindən aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri görünməsə də, müayinə olunması üçün ekspertizaya göndərilib.
Qadının hansı şəraitdə dənizə düşməsi, özünə qəsd olub-olmadığı məlum deyil.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.