Bakı metrosunda baş verən yanğının səbəbi açıqlandı - YENİLƏNİB - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətt üzrə "Həzi Aslanov" - "Dərnəgül" stansiyası istiqamətində hərəkətdə edən qatarlardan birində baş verən yanğının səbəbi açıqlanıb.
N.Paşayev əlavə edib ki, zədələnən naqillər dəyişdiriləcək: "Qatarlar köhnədir, istismar müddəti tam başa çatmasa da, başa çatmaq üzrə olan qatarlardır. "Bakı Metropoliteni" QSC-yə qatarlar sonuncu dəfə 2000-ci ilin əvvəlində gətirilib. Düzdür, biz mütəmadi olaraq onları baxışdan keçiririk. Amma yenə də bu, öz təsirini göstərir".
N.Paşayev deyib ki, Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı Fransanın "Alstom" şirkəti ilə anlaşma memorandumu imzalayıb: "Ölkə üçün alınacaq qatarların sayı, ümumiyyətlə, onlar haqda ətraflı məlumat ancaq 2-3 aydan sonra dəqiq bəlli olacaq".
---------
12:17
Bakı metrosunda baş verən tüstülənmə vaqonun mühərrikinin kabelində baş verən boşluqdan yaranıb. Bu barədə Trend-ə Bakı Metropolitenindən bildiriblər.
Tüstlənmiş qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.
Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marsrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.
---------
09:33
Bakı metrosunda baş verdiyi deyilən dəhşətli yanğın xəbərinə, nəhayət, su səpildi. Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, metroda heç bir yanğın hadisəsi olmayıb.
Saat 8 radələrində "Koroğlu" stansiyasında qatarlardan birində tormozlama zamanı tüstülənmə baş verib. Sərnişinlər qatardan təxliyyə olunub. Bu hadisə ilə bağlı yanğınsöndürən maşınlar stansiyaya getsə də, heç bir müdaxilə etməyiblər. --------
09:13
"Bakı Metopoliteni"nin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün saat saat 08:09-da 38 saylı marşrutla hərəkət edən qatar "Koroğlu" stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.
Sərnişinlər dərhal təxliyyə olunublar. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.
Daha sonra qatar baxış üçün depoya göndərilib. 08:30-da bütün qatarların hərəkəti bərpa olunub.
Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
---------
09:04
Bu səhər saat 8 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti ilə hərəkət edən qatarda yanğın baş verib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasında meydana gəlib.
Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub.
Sərnişinlər stansiyadan təxliyyə olunublar.
Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb.
Hadisə şahidləri bildiriblər ki, "Qara Qarayev" stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.
Hazırda qatarların hərəkəti bərpa olunub.
---------
08:53
Milli.Az əməkdaşının məlumatına görə, Bakı metropoliteninin "Koroğlu" stansiyasında qatar yanır. Yanğın qatar tuneldə olarkən, təxminən 08:20-də başlayıb. Stansiyanı tüstü bürüyüb. Sərnişinlər təxliyyə olunurlar.
Elşən İmanov
Milli.Az
----------
13:00
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

----------
11:09
---------
09:57
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Böyütmək üçün şəkilə klikləyin











---------
09:43





----------
09:13


----------
09:00

Foto: Milli.Az, Qafqazinfo.az, Axar.az, Aznews.az, APA
XƏBƏR LENTİ
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
"Bəxtimiz gətirmədi" - Montella məğlubiyyətdən danışdı
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq





