Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətt üzrə "Həzi Aslanov" - "Dərnəgül" stansiyası istiqamətində hərəkətdə edən qatarlardan birində baş verən yanğının səbəbi açıqlanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri
Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə baş verəndən sonra qatar depoya aparılıb, orada baxış keçirilib: "Məlum olub ki, qatarın aşağı hissəsində yerləşən mühərrikdən çıxan naqillərdə boşluq nəticəsində qırılma baş verib. Naqil əriyib və nəticədə tüstülənmə əmələ gəlib. Bu qatar əvvəlcədən də baxışdan keçirilib. Sadəcə, qırılma qatar hərəkətdə olarkən baş verib. Məlumdur ki, boşluq olanda həmişə naqillərdə qırılma baş verir".
N.Paşayev əlavə edib ki, zədələnən naqillər dəyişdiriləcək: "Qatarlar köhnədir, istismar müddəti tam başa çatmasa da, başa çatmaq üzrə olan qatarlardır. "Bakı Metropoliteni" QSC-yə qatarlar sonuncu dəfə 2000-ci ilin əvvəlində gətirilib. Düzdür, biz mütəmadi olaraq onları baxışdan keçiririk. Amma yenə də bu, öz təsirini göstərir".
N.Paşayev deyib ki, Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı Fransanın "Alstom" şirkəti ilə anlaşma memorandumu imzalayıb: "Ölkə üçün alınacaq qatarların sayı, ümumiyyətlə, onlar haqda ətraflı məlumat ancaq 2-3 aydan sonra dəqiq bəlli olacaq".
---------
12:17Bakı metrosunda baş verən tüstülənmə vaqonun mühərrikinin kabelində baş verən boşluqdan yaranıb. Bu barədə Trend-ə Bakı Metropolitenindən bildiriblər.
Tüstlənmiş qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.
Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marsrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.
---------
09:33Bakı metrosunda baş verdiyi deyilən dəhşətli yanğın xəbərinə, nəhayət, su səpildi. Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, metroda heç bir yanğın hadisəsi olmayıb.
Saat 8 radələrində "Koroğlu" stansiyasında qatarlardan birində tormozlama zamanı tüstülənmə baş verib. Sərnişinlər qatardan təxliyyə olunub. Bu hadisə ilə bağlı yanğınsöndürən maşınlar stansiyaya getsə də, heç bir müdaxilə etməyiblər.
--------
09:13"Bakı Metopoliteni"nin mətbuat xidmətindən
APA-ya bildirilib ki, bu gün saat saat 08:09-da 38 saylı marşrutla hərəkət edən qatar "Koroğlu" stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.
Sərnişinlər dərhal təxliyyə olunublar. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.
Daha sonra qatar baxış üçün depoya göndərilib. 08:30-da bütün qatarların hərəkəti bərpa olunub.
Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu səhər saat 8 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti ilə hərəkət edən qatarda yanğın baş verib.
-ə istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasında meydana gəlib.
Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub.
Sərnişinlər stansiyadan təxliyyə olunublar.
Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb.
Hadisə şahidləri bildiriblər ki, "Qara Qarayev" stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.