Hadisə, Kriminal

Bakıda içki məclisində qanlı sonluq: 2 yaralı

11 Mart 2014 11:43
0 Şərh     Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərində dostlar əvvəlcə yeyib-içdilər, sonra isə bıçaq davasına çıxdılar. Dava zamanı iki qardaş qanına qəltan edildi.

Cinayət martın 10-da Xəzər rayonu, Binə qəsəbəsi ərazisində törədilib. Qəsəbə sakini Ramin Məmmədov dostları Qafur Qurbanov və onun qardaşı Nizaminibıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən R. Məmmədov tutulub.

Cinayətin istintaqını aparan müstəntiq Orxan Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, hər üç şəxs hadisədən əvvəl birlikdə yeyib-içib. Sonra mübahisələri yaranıb və bıçaqlanma baş verib. R.Quliyev hər iki qardaşı bıçaqlayıb. Qardaşlardan birinin vəziyyəti ağırdır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.