Hadisə, Kriminal

Bakı sakini avtomobili ilə birlikdə itib

31 Yanvar 2014 11:06
1 Şərh     Baxış: 1 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı sakini itkin düşüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, rayonun A. İsmayılov küçəsi 43 ünvanında yaşayan Səlimə Yusifova 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, Ceyhun Yusifovun yanvarın 29-da idarə etdiyi KİA markalı, 90 RO 617 dövlət nömrə nişanlı maşınla evdən çıxdığını, bir daha geri qayıtmadığını bildirib. S. Yusifova həmin gündən həyat yoldaşı ilə telefon əlaqəsi də yarada bilmədiyini qeyd edib.
 
Hazırda polis S. Yusifovun tapılması istiqamətində tədbirlər davam etdirilir. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.