Hadisə, Kriminal

Bakıya yağan qar qəzaların sayını artırıb - YENİLƏNİB - FOTO

31 Yanvar 2014 10:01
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
10:01

Yanvarın 30-u axşamdan Bakıya qar yağmasından sonra sürüşmə səbəbindən yanvarın 31-i səhər saatlarınadək maddi zərərlə nəticələnən 24 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş məsinin rəisPolis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə böli, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov bildirib ki, bu hadisələr əsasən avtomobillərin toqquşması ilə müşayiət olunub.

Bölmə rəsinin sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsnin və Bakı Şəhər İcra hakimiyyətinin qış qarajı ilə birgə dünən axşamdan xidmət davam edir. Bundan başqa Nəqliyyat Nazilirlyinin "Azəravtoyolsevis" ASC-nin texnikası da yolların təmizlənməsinə cəlb edilib: "Gecədən indiyədək şəhərin enişli-yoxuşlu yolları qardan təmizlənir. Artıq yollara min tona yaxın duz səpilib. Hazırda işlər davam edir. Buna baxmayaraq, yollarda sürüşmə halları müşahidə edilir. Hazırda sürüşmə daha ox sürüşmə ehtimalı Biləcəri, Yasamal və Günəşli ərazilərində daha çoxdur. Buna baxmayaraq, hələ ki, yollar açıqdır və nəqliyyat vasitələri rahat hərəkət edir".

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əhaliyə şəxsi avtomobillərdən istifadə edilməməsinə dair müraciət etməsinə baxmayaraq, yollarda çox sayda avtomobil var: "Bir daha sürücülərə və avtomobil sahiblərinə müraciət edərək deyirik ki, şəxsi avtomobillərdən imkan dərəcəsində istifadədən imtina edib, ictimai nəqliyyatla hərəkətə üstünlük versinlər".

---------
09:26

Bakıya yağan güclü qar fəsadlar yaradıb.

APA-nın xəbərinə görə, qara hazır olmayan bir çox sürücü yollarda qalıb. Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında, eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.
 
Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru qayıtmağa məcbur olublar.
 
Qeyd edək ki, yanvarın 30-u günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovğun olacaq, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq. Eyni hava şəraiti rayonlarda da hökm sürəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.