Toyda bacısı ilə rəqs edən əmisi oğlunu yaralayana HÖKM OXUNDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Milli.Az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Alim Qasımzadənin 9 il azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkən Hüseyn Qasımov şikayətçi olmadığını və arada barışıq olduğunu deyib. Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Alim Qasımzadənin 2 il sınaq müddəti olmaqla, şərti 3 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 23-də Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında baş verib. Alim Qasımzadə qohumunun toy məclisində iştirak edən zaman şadlıq evinin dəhlizində əmisi oğlu Hüseyn Qasımov bacısı ilə rəqs etməsinə görə onu restoranın dəhlizinə söhbətə çağırıb. Mübahisə zamanı Alim Qasımzadə onunla kobud danışmasını əsas gətirərək, Hüseyn Qasımovun qarın nahiyəsinə bıçaq zərbəsi endirməklə sağlamlığına ciddi xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Alim Qasımzadə Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xüliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddələri ilə məsuliyyətə cəlb olunub./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!





