Hadisə, Kriminal

Evdən oğurluq etmək istəyən şəxs baltalanıb - VİDEO

22 Aprel 2022 20:30
0 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonu, Köçəsgər kəndində oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini 1973-cü il təvəllüdlü Habil Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü Kənan Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. 

Hadisə şahidlərinin iddialarına görə, Kənan Əlləzov pul oğurlamaq üçün Habil Ələkbərovun evinə daxil olub. Səs-küyə ayılan ev sahibi qonuşları köməyə çağırıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Daha sonra Kənan Əlləzov polis əməkdaşları tərəfindən  saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.