Hadisə, Kriminal

Bakıda universitet əməkdaşı ölümlə nəticələnən qəza törətdi

7 May 2010 09:46
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əhməd bəy Ağaoğlu küçəsində Əsmər İsgəndərova idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobil ilə yolu keçmək istəyən Əsəd Hüseynovu vurub. Ə.Hüseynov aldığı xəsarətlər nəticəsində elə hadisə yerindəcə dünyasını dəyişib. Qəza baş verən ünvana Nərimanov Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub və ilkin araşdırmalara başlanılıb.

Ə.İsgəndərova Bakı Koorperasiya Universitetində baş laborant işləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.