Kriminal

Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

13 Sentyabr 2021 07:00
0 Şərh     Baxış: 2 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.