Kriminal

Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

26 May 2021 22:20
Baxış: 1 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:20

Şəmkirdə iki bacını bıçaqlayan şəxsin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisəni törədən şəxs bacılardan birinin - 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.

O, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gürzal Alıyevin baçıların hər birinə bir bıçaq zərbəsi vurduğu bildirilib.

---------

20:28

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.