Azərbaycana 4 kiloqram narkotik keçirən şəxs saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
22 fevral tarixində, saat 23:30 radələrində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının "dayan" əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram "tiryək", 554 qram "marixuana", 200 ədəd "metadon-40" həbi) bənzər maddə və 50 qutu "mydrax" adlı dərman preparatları aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bələdiyyə sədri bıçaqlandı - Tutulan var
-
Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı
-
Arzum bu halda azadlığa çıxa bilər
-
Qaradağdakı cinayətin detalları: "Yusif Petrol"un sahibinin oğlu arvadı ilə mesajlarına görə qonşusunu öldürüb
-
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
-
Baş Prokurorluqdan Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
-
Tut yeməyin faydaları
-
Bir stəkan çay müalicəni puç edə bilər
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
DÇ-2026: İspaniya 1/4 finala yüksəlib
-
Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO





