Kriminal

Qəbələdə qardaşını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

13 Fevral 2021 10:35
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

R. Rəhimova Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.