Kriminal

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı - FOTO

22 İyun 2020 10:24
Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.