Kriminal

Məşhur azərbaycanlı idmançı saxlanıldı

5 May 2020 12:51
0 Şərh     Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, son aylarda dəfələrlə həbs edilən milli fəal Təbriz şəhərində tutulub.
Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

O, daha öncə fevralın 27-də Qərbi Azərbaycan vilayətinin kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında, ictimai asayişi pozmaq ittihamı ilə İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanıldıqdan bir neçə gün sonra sərbəst buraxılmışdı. Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.