Eldar Mahmudovun bankiri olan sabiq deputat Çingiz Əsədullayevin adı daha bir cinayətdə - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabiq MTN naziri Eldar Mahmudovun dostu, biznes ortağı olan Çingiz Əsədullayevin adı daha bir cinayət işində keçir. Məlum olub ki, Çingiz Əsədullayev rəhbəri olduğu "Azəriqazbank"da (AGbank) öz dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra Əsədullayev və dostunun işinin üstü açılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlunun cinayət işindən gedir.
Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.
Əvvəlcə qısa olaraq qeyd edək ki, Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.
Eldar Səmimi kimdir?
63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib.
1993-cü ildə "Azəriqazbank" təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri olub. Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nda və "Mostbank"da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb.
Eldar Səmimi 2012-ci ildə "Təzə bazar" yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi "AGbank"dan bir neçə dəfə kredit götürüb.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək onun borcuna yönləndirilsin.
Elə Eldar Səmiminin cinayət işinin üstü də bu zaman açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.
"Qiymətləndirmə Xidmət Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub. Lakin banka təqdim edilən zaman xalis çəki qızıl olaraq göstərilib və bununla da ayrılan kredit şişirdilib.
Qeyd edək ki, Eldar Səmimi Çingiz Əsədullayevlə dostluq münasibətində olub. Çingiz Əsədullayev uzun müddət "AGbank"ın İdarə Heytinin sədri olub. Eldar Səmimi krediti də Əsədullayevin köməyi ilə alıb.
Bank əməkdaşları Eldar Səmiminin təqdim etdiyi qızıl-zinət əşyalarını aşağı qiymətləndirən zaman o, bankın rəhbərliyinə müraciət edib və məsələni öz xeyrinə həll etdirə bilib. Hətta elə zaman olub ki, onun bankda girov kimi təqdim etdiyi əşyalar qiymətləndirilməyib. Bu göstərişi də Çingiz Əsədullayev verib.
Növbəti yazıda bu cinayət işində adı keçən şəxslərlə bağlı geniş məlumat verəcəyik. Cinayət işi üzrə şahid qismində bankın bir neçə əməkdaşı dindirilib. Onlar da təsdiq ediblər ki, Eldar Səmimi Çingiz Əsədullayevin dostu olub və kredit də onun göstərişi ilə verilib.
Eldar Səmimi isə bu işdə özünü təqsirli bilmir. Deyir ki, adı çəkilən əşyaların saxta olduğunu bilməyib. Onun sözlərinə görə həmin əşyaları tanımadığı qızıl alverçisindən alıb.
Xatırladaq ki, Çingiz Əsədullayev sabiq MTN naziri Mahmudovun ən yaxın adamı idi. Əsədullayevin rəhbəri olduğu bankda Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü bildirilir.
Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilmişdilər. Araşdırmalarımız zamanı məlum olmuşdu ki, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi Çingiz Əsədullayevin rəhbəri olduğu "AGbank" vasitəsi ilə ölkədən çıxarılıb.
Onu da qeyd edək ki, Çingiz Əsədullayev 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmişdi. Eldar Mahmudov postunu itirəndən bir neçə gün sonra onun dairəsinin nəticələri ləğv edilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxılıb
-
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
XƏBƏR LENTİ
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü





