Kriminal

Bakı sakinlərindən marixuana götürüldü

3 Aprel 2020 21:45
0 Şərh     Baxış: 1 776
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər Bakı şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.