Kriminal

Dəhşətli qətlin detalları

20 Mart 2020 21:45
1 Şərh     Baxış: 4 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə rayonunda oğulun atasını öldürməsi ilə bağlı detallar məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 19-u saat 19 radələrində rayonun Mirzəxan kəndində baş verib. Namiq Mustafayev birgə yaşadıqları evdə məişət zəminində yaranmış mübahisə zamanı atası Əkbər Mustafayevin ürəyindən bir bıçaq zərbəsi vurub.

Ə. Mustafayev vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.