Saatlıda qətl törədilib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az