Saatlı sakini qonşusunu qətlə yetirib

7 Mart 2020 18:30

Saatlıda qətl törədilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az