Kriminal

Dərman preparatlarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı

3 Fevral 2020 18:54
0 Şərh     Baxış: 3 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.