Kriminal

Qətlə yetirilən Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verdi

23 Yanvar 2020 14:17
48 Şərh     Baxış: 14 460

Tovuzda qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı istintaq davam etdirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında N. Quliyevanın əmisi Lətif Quliyev deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı İlkin Süleymanovdan başqa saxlanılan yoxdur: "Hələlik Nərminin ailəsindən istintaqa çağırılan olmayıb. Bizə əlavə məlumat verilməyib, istintaq gedir. O gündən sonra İlkinin ailəsindən heç kim Nərmin Quliyevin ailəsindən heç kimi görməmişik".

L.Quliyev təqsirləndirilən şəxsin atası İbrahim Süleymanovun oğlunun günahsız olması barədə dediklərinə də münasibət bildirib.

O bildirib ki, İbrahim Süleymanovun dedikləri həqiqətə uyğun deyil: "Yalan olsaydı niyə saxlayırdılar İlkini? Yalan deyil ki saxlayıblar. Onun valideynlərindən heç biri hadisədən sonra bizə nə gəlməyib, nə də heç nə deməyiblər. Harda nə danışıblar, bilmirik. Biz istintaqın gedişini gözləyirik".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

48 Şərh:

  • Anonim
    Deniz · 23 Yanvar 14:25355

    Belkə Ay Lətif Quliyev Cinayətkar Sizsiniz? Mən Xoşqədəmin verlişinə baxanda qızın ele qohumlarından şüpelendim. İnşAllah esil cinayətkar tapılar ve cezasını çəkər.

    Cavab yaz
    • Anonim
      kate · 23 Yanvar 14:35810

      çətin ki, "cani" uje tapılıb.

      Cavab yaz
      • Anonim
        Ayka · 23 Yanvar 15:04195

        İnşAllah esil cinayetkar tapılsın

        Cavab yaz
  • Anonim
    Uzaq · 23 Yanvar 14:30296

    Adaletin bu mu dünya?Ne yar verdin,ne mal dünya,Kötülerinsin sen dünya.İyileri öldüren dünya..

    Cavab yaz
  • Anonim
    asi · 23 Yanvar 14:31407

    Günahsızın günahkarın qapısına günahkar kimi gəlməsi təzə çıxıb?? Qardaşın arvadı ilə əlbir olub bir uşağı və bir kənd sakinini məhv etdiniz.. Gör qardaş arvadı qayının yanında nə qədər dili qısadırsa, öz anasın, qardaşın günahkar bildi, amma, qaynına bur kəlmə söz deyilməsinə imkan vermədi..Hələ utanmır deyir qorxuram mənə Bakıdan ev verin..Özdə birbaşa Bakıdane.. Niyə qorxursan?? Sən başına bəla gəlmiş günahsız ana olsaydın niyə kənddən çıxmağa çalışasan?? Yoxsa bu qorxu gili əməllərinin aşkara çıxa bilmə qorxusudu?? Nə isəki heyif körpə qızdan..

    Cavab yaz
    • Anonim
      Terişka · 23 Yanvar 15:06220

      Günahkar kimdirse Allah cezasını versin

      Cavab yaz
      • Anonim
        asi · 23 Yanvar 15:181010

        Körpə uşağa o cür həyat verən??

        Cavab yaz
    • Anonim
      Jale · 23 Yanvar 20:4754

      Bravo! menim demek istediyim her sheyi dediniz.Allah elemesin,Allah elemesin,menim ve ya yaxinimin ovladi itkin dushseydi, men dunyani dagidardim,prokurorluq nedir,polis nedir,her yeri. Bu "ana" ise,gozunun qabaginda qizini torpaga tapshirirlar (ARVADLARIN ADAM BASDIRANDA QEBRISTANLIQDA NE ISHI VAR,BASHA DUSHMEDIM),o ise ora-bura baxir.Indi meni inandirin ki,bu ana derd ichindedir.

      Cavab yaz
  • Anonim
    Anonimka · 23 Yanvar 14:35294

    Sizi ailelikce tutmaq lazımdı anasını Bakıdan ev istediyine göre,atadını qızına laqeydliyine göre,seni,senin oglunu.Hamınız nese bilirsiz ,amma gizledirsiz.O biri ushaqları da sizden almaq lazımdı ki .,çünki normalniy valideyn deyilsiz.Qızı itib,ata öz kefinde ciger axshamında.Ana qebrüstünde Damla xanım xosh gelmisiz,Damlanın hayında.Olan o melek kimi qıza oldu.Allah ona rehmet elesin.Birinci seni sen emini tutmaq lazımdlı,qız senin evinden itib,kurtka hanı bes ?

    Cavab yaz
  • Anonim
    j · 23 Yanvar 14:50206

    qatil ele sensen ay serefsiz emi!!!!

    Cavab yaz
  • Anonim
    Əsranur · 23 Yanvar 15:02187

    Bah bah bah..Günahsız olmasaydı,onu niyə saxlayırdılar ki???:)O moment qatil lazım idi,bu da sənə bədbəxtin biri.

    Cavab yaz
  • Anonim
    Əsranur · 23 Yanvar 15:03176

    Özü də qatilin səbəbi daşdankeçəndire-uşağı oxutmaq üçün oğurlayıbmış.O boyda planları qura bilən adam,düşünmürdü ki,o körpəni haçana qədər saxlaya biləcəkdi orda?

    Cavab yaz
  • Anonim
    Əsranur · 23 Yanvar 15:04157

    O uşaq məncə iççalatı yavaş-yavaş tam çıxarıldıqdan sonra öldürülüb.

    Cavab yaz
    • Anonim
      asi · 23 Yanvar 15:171512

      Həə.. Qatilin yaxınlarından kiməsə lazım olub yəqin..Əllərinə uşaq keçmişkən deyiblər elə nəyi var çıxardaq, birinə lazım olar.. Elə ana ilə əmi də özləri çox gözəl bilir..Bəlkə də hələ pul da alıblar donor qarşılığında..Amma sonra plan dəyişib uşağı qaytarmayıblar..Onda ananın xoşuda özün şübhəli aparmasından da bilinirdiki ana çox gözəl bilir uşağı haradadı..Sadəcə geri qaytarmağa gücü çatmayıb, əlacı kəsilib çlxıb efirdən hay salıb.. Hay salmasının bədəli kimi də gətirib gözünün önündə yandırıblar ki, artıq əskik danışma, o biri uşağın da var...Yoxsaki nə böyük işdirki uşağı başqa yerdə yox edib izin itirmək.. Xəfiyyəliyim tutdu yenə..

      Cavab yaz
      • Anonim
        Oxucu · 23 Yanvar 17:04135

        Bir ananın öz doğma balasını öldürtməsi, orqan mafiyasına satması, yandırması, qaynıyla gizli münasibəti filan insanın ağlına gələ biləcək ən sonuncu şey olmalıdır. Amma sizdə ilk ağlınıza gələn şeydir. Niyə görəsən?

        Cavab yaz
        • Anonim
          asi · 23 Yanvar 17:2159

          Hamının eyni düşünmək məcburiyyətində olmadığından irəli gələ bilərmi??Yoxsa, uşaq dünyaya gətirən hər qadın analıq xüsusiyyətlərini özündə daşımadığını bildiyim üçünmü???Ağıl mənimdir, nə gəlir gəlsin, ona tam sərbəstlik vermişəm..

          Cavab yaz
          • Anonim
            Oxucu · 23 Yanvar 18:0092

            Xeyr, eyni düşünməkdən söhbət getmir. Fikir müxtəlifliyi bu dünyada ən normal bir haldır. İnsanlığa sığmayan, bəlkə də manyakların belə ağlına gəlməyən, qorxulu, məkrli ssenarilər düşünməkdən söhbət gedir. Bu cür dəhşətliu fantaziyalar hardandır? Ağlıma sərbəstlik vermişəm ki buyur nə istəyirsən düşün - o deməkdir ki, şeytana təslim eləmisiz. Şeytan buyur, nə istəyirsən qəlbimə, ağlıma sal.

            Cavab yaz
            • Anonim
              asi · 23 Yanvar 18:3447

              Mən nə şeytan tanıyıram, nə mələk.. Onlar elə insanlar özüdür.. Kiməsə şeytan kimi gprsənirəmsə, bu məni narahat etmir, hər halda mələk kimi görsənə bilmək əziyyətinə qatlaşmıram..Hadisəyə qeyd etdiyim tərəfdən yanaşmam isə, tam da təbii bir haldır.. Mən hadisəni belə qavrayıram..Bu arada elə iradınız məhz manyakların hər adamın ağlına gəlməyəc bur cinayət törətməsi xəbəri ətrafında formalaşdl.. Demək ki, yazdıqlarımın mümkin olmamasına dair heç bir sübut və əminliyiniz yoxdur..Ağıl və məntiq hər şeyin açarıdlr, şeytan nəçidir ki, ağıl olan yerdə..

            • Anonim
              Uzaq · 23 Yanvar 19:3754

              Yutubda da şərhlərin əksəriyyəti bu yöndədir. Hamı əmi,ana,orqan məsələsi deyir.Uşağın yandırılması da şübhələri lap artırır.

    • Anonim
      Jale · 23 Yanvar 20:5981

      Orqan donoru meselesine oxshamir bu.1-ci -ushagin ashagi hissesi yanib,yuxari hisse salamatdir,mudaxilenin olub,olmamasini bilmek uchun baxish aparilsa yeterlidir,Bu ya kesik olmalidir,ya deshik(laparoskopik goturulerse orqan).Bu izleri itirmek mumkun deyil.2-cisi-bizim olkede ushaqlarin ogurlanib,donor kimi istifade meselesi sual altindadir,bele sheyler yayilmayib ve men eminem ki,bizde bele hekim ola bilmez.3-cu -9 yashda qizdan ne goturule biler? ya qaraciyer olmalidir,ya boyrek.Bu yashda her iki orqan tam inkishaf etmir,Yeni,ushaqlar bir donor kimi o qederde maraq kesb etmir. Donorluq uchun yuzlerle kagiza imza atilmalidir,yuzlerce prosedur kechilmelidir.Yalniz ,qonshu gurcustana aparila biler,o da mumkunsuzdur,chunki ,ushaq axtarishdadir,yashi chatmir,,serhedi keche bilmez!! Men donorluq meselesine inanmiram,Belke ,inanmayacaqsiniz,bizim olkede bu mesele chox qelizdir!

      Cavab yaz
      • Anonim
        asi · 23 Yanvar 21:4702

        İlik də götürülə bilər.. Bu saat ilik çox lazımlıdı və ehtiyacı olan da artmaqdadır.. Cəsədi isə heç düz əməlli ekspertizadan keçirən olmadı..

        Cavab yaz
    • Anonim
      aea · 24 Yanvar 09:3443

      Əmisi eləyib bunu.... Haçansa üzə çıxacaq. Əmisinin biynunda dırnaq cırıq izi var imiş... dırnaqların da ona görə kəsmişdi Nərminin.......

      Cavab yaz
  • Anonim
    Əsranur · 23 Yanvar 15:06308

    Qanabənzər ləkə ilə qanın fərqi hələ yin olunmayıb.Yaxşıki,bizim evi axtarmayıblar.O gün bizdə də pərdədə nar şirəsinin ləkəsi var idi.Yoxsa,bu gün mənim şəklim orda idi.

    Cavab yaz
    • Anonim
      Esranura · 23 Yanvar 15:3851

      Sizdə Tovuzlusunuz?

      Cavab yaz
      • Anonim
        Əsranur · 23 Yanvar 21:2120

        Yoo,mən Qax tərəfdənəm.

        Cavab yaz
    • Anonim
      ) · 23 Yanvar 18:2980

      Hələ gec döül, yu pərdəni

      Cavab yaz
      • Anonim
        Əsranur · 23 Yanvar 21:2143

        Uje ütüləyirəm:)

        Cavab yaz
        • Anonim
          Ayaz dersen tanirlar · 24 Yanvar 09:5010

          artik etiraf elemisiniz yumagin xeyri yoxdu danismama hakkina sahibsiniz. bundan sonra danisacaginiz her bir soz mehkemede hakkinizda delil olaraq gosterilecek.

          Cavab yaz
  • Anonim
    Ahmadli · 23 Yanvar 15:15134

    Menim fikrimce Ilkin Suleymanov gunahsizdir. Onu ogurlayan insanin boyuk planlari olub. Belkede bash tutmayib.

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 23 Yanvar 15:17174

    BU nece ekspertizatir hele de yazirki qana benzer leke, bu ya qandir ya leke bunu sece bilmiyibmi hele ekspertiza? bir aydir is gedir helede leke ile qani sece bilmeyiblerse basqa sozum yoxdu.

    Cavab yaz
  • Anonim
    Nijat · 23 Yanvar 15:191015

    Hamınız xəfiyyəsiz maşallah. Gedin polis işləyin də burda şərh yazınca.

    Cavab yaz
  • Anonim
    Bakili · 23 Yanvar 15:36150

    Esas mesele o araba nece oldu?

    Cavab yaz
  • Anonim
    Seva- - - · 23 Yanvar 15:51143

    Niye gore ekser vaxti suallara qizin emisi cavab verir?atasi niye cavablandirmir?anasida o qede sozler deyib ki gah deyir boyuk qizimi aparmaq istiyib sora gorub ki kiciyidir,gah deyir uwaq onun elinnen cixib qacanda qonwu gorub,bele iw olubsa niye gedib o eve baxmayib allah uzaq elesin,esl qatil kimdise Allah awkara cixarsin inwallah

    Cavab yaz
    • Anonim
      ƏJDAHA · 23 Yanvar 16:12133

      Yeqin başbilənləri odur

      Cavab yaz
  • Anonim
    Samaya · 23 Yanvar 16:58113

    Ilkin cinayeti toredseydi hec yerde qan izi qoymazdi.Ola bilsin cinayeti toreden onun evinde izler qoyub.Allah her kim eleyib cezasini versin.

    Cavab yaz
  • Anonim
    yy · 23 Yanvar 17:07104

    Gunahkari Nerminin ailesi yaxsi bilir ilkin deyil

    Cavab yaz
  • Anonim
    Samaya · 23 Yanvar 17:0980

    Nermin itmemiwden bir gun qabaq toy olub.Toya gelen adamlari yoxlamaq laimdir.

    Cavab yaz
  • Anonim
    Dagli · 23 Yanvar 17:3266

    Letifsen metifsen nesen bilmirem,bu isde nerminin anasi ve sen daha cox subhe yaradirsiz

    Cavab yaz
  • Anonim
    Papatya · 23 Yanvar 17:4053

    Atanın videosunu izləmişdim. o qədər pis oldum ki, kişiyə. Nece üzgün idi. Həm de balası yanmış bir ananın üzüntüsündən daha gerçek, daha ürəyə toxunan...

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 23 Yanvar 18:16103

    Qardaslar Bacilar gozel xalqim bir fikirlesin kendin ortasinda sizce arabada meyit aparmaq olarmi harasa nece oldu goren olmadi, Kendde bir toyuk itende onu her kes bilir ve kimin toyugu harda ne vaxt ve nece yumurta verir onuda hami bilir.BU nece isdirki arabaya qoydu ve goren bilen olmadi.O arabada yoxdu ortada.Allah o Ilkine komek olsun.Esas cinayetkar tapilar insallah.Bu cezasiz qalmamalidir buna gelin susmayaq

    Cavab yaz
  • Anonim
    R.r. · 23 Yanvar 18:1893

    Men atada qoruyan qunahi kurtka bir oyun olub ortaliqda .sen ata bilirsən qiz yoxdur o ciyər necə kecdi bogazindan ustə lik ickide

    Cavab yaz
  • Anonim
    R r · 23 Yanvar 20:0140

    Bir cəklisdə dedilər ki saman gətiriblər verlişdə aparıcı samani əlinə alib göstərdi ele saman bir izdi.

    Cavab yaz
  • Anonim
    seva yeraz · 23 Yanvar 20:2052

    qanabenzer ne demekdiki qan qandi da bunu tesbit etmek senin elinde nedirki ay polis

    Cavab yaz
  • Anonim
    " · 23 Yanvar 20:5570

    Adamlar müstəntiqlərdən məntiqli.Hər fakta fikir verirlər.Bir də anası deyir ki,sağım da,solum da düşməndi.Kimi deyir?Özü düşmənini yaxşı tanıyır.

    Cavab yaz
  • Anonim
    Jale · 23 Yanvar 21:55113

    Belke qeddar danishiram,amma 45 gun!!!!! ushagi iten aaaaaana indiyidek derdden quruyub,chope donmeliydi,indi siz bu anaya baxin,bedenin her noqtesinden yag damir,Chox guman ,o qizin harada ve kiminle oldugundan arxayin olub, ve her sheyi bilib.Men demirem qizi ana yandirib,oldurub,amma bunlarin plani axirda ozunu dogrultmayib ve ish nezaretden chixib,

    Cavab yaz
  • Anonim
    Samire · 23 Yanvar 23:1363

    Menim valideyinlerim ve qohumlarımız ele ilk defeden qetiyyen inanmadı bu insanın günahkar oduğunu. Bu kişinin boynuna atdılar hamısını. Axır zamanlar mene de ele geldi o deyil teqsirkar. Bu murdar işi düzüb qoşan vicdansızların, Allah en ağır belasını, cezasını versin. Uşaqlar, açın Nermin haqqında yutube şerhlerini oxuyun, orada da heç kes inanmır bu yazığın teqsirkar oduğunu.

    Cavab yaz
  • Anonim
    Renat · 24 Yanvar 08:2333

    Salam,men İlkinin atasininda,qardasininda,bacisininda danisihin baxdim,onların semimiliyi hec Nerminin anasinda yoxuydu,cinayetkar İlkin deyil(bu menim fikrim di),qayin gelin bilir sohbeti.

    Cavab yaz
  • Anonim
    aea · 24 Yanvar 09:3135

    Artıq tutarlı mənbələrdən işin əsli barədə söhbətlər açılır. Lakin polis bunu yoxlamaq istəmir... Nərminin ölümündə əmisi və anası günahkardırlar. Əmisi qızı zorlayarkən anası görüb və işin üstünü ört basdır etmək üçün, biabr olmamaları üçün qızı öldürmək qərarına gəliblər. Və bunu planlı şəkildə həyata keçiriblər. Əmisi qızın anasına söz verib ki, qızın öldüyünə görə nə istəsən sənə verəcəklər - ev, pul və s..... Şərəfsizliyin son həddi. Qız itən vaxtı isə İlkinin başqa yerdə olması barədə şahidlər və sübutlar var. Polis niyə dəqiqləşdirmir bunu????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.