Kriminal

İslah olunmayıb. Balakəndə keçmiş məhkumun evindən narkotik çıxdı

20 Avqust 2019 15:04
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Mİlli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Oradan 4 ədəd kibrit qutusunda 11 qramdan artıq və 1 ədəd sellofan torbanın içərisində 300 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.