İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alındı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DSX-dən Milli.Az-a verilən məlumata görə, iyulun 5-də "Xaş-xaş 2019" şərti ad altında keçirilmiş kompleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sahədən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olunaraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayəndələrinin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.
İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.
İyulun 8-də "Astara" sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycan Respublikasına gələn İİR vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hossein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb "Metadon", 10 həb "Tramadol" aşkar olunaraq götürülüb.
İyulun 15-də "Astara" sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycan Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il təvəllüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.
Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
XƏBƏR LENTİ
-
Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə... - FOTO
-
“Zaur “əzik”, bir maşına satılan kişi idi” - Əməkdar artist
-
Sabahdan bu avtobusların hərəkəti dəyişəcək - RƏSMİ
-
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
-
"Bitcoin" yenidən ucuzlaşdı
-
AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
-
"Sadat Quliyev və onun adamları məni və ailəmi ölümlə hədələyir" – "BT News" kanalının müəllifi ilə MÜSAHİBƏ
-
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
-
Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO
-
Bu ölkədə güclü zəlzələ oldu
-
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
-
Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi
-
Fələstin məsələsində dünya dəyişir: Vaşinqton təzyiq altında
-
Alimenti ödəyə bilməyənlərin yerinə pulu kim ödəyəcək? - VİDEO
-
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
Saat 10:00-dan Bakının bu ərazilərində işıq KƏSİLİR
-
Həbs qərarı verilən Serenay Sarıkayadan ilk AÇIQLAMA
-
İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ
-
Gürcüstana gedənlərə VACİB XƏBƏR - Əlavə 12 manat da ödəməlisiniz
-
"Gülləri siz gətirməliydiniz, mən məzarınıza yox..."
-
Azərbaycanın quru sərhədləri AÇILIR? - Gözlənilən dəyişiklik
-
Neft bazarında sürpriz artım - “Azeri Light” 114 dolları keçdi
-
41 yaşında vəfat etdi





