Kriminal

Bakıda 24 yaşlı oğlan küçədə ürəyindən bıçaqlandı

10 İyul 2019 22:04
0 Şərh     Baxış: 3 246

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib. Qəsəbənin F.Ağazadə küçəsi ev 3-də yaşayan, 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qənbər oğlu gecə saatlarında qəsəbədəki "Neto" marketin qarşısında naməlum şəxslə qarşılaşıb. Həmin şəxs M.Məmişovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.