Xəyanətdə şübhəli bildiyi arvadını qorumağa çalışan qardaşının xanımını bıçaqladı - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaçmaz rayonunda qardaşı arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Sabir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sabir Vəliyev arvadı Səlimə Vəliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) ona xəyanət etdiyini düşünüb.
Xəyanət edən arvadı ilə dalaşdı
Bu səbəbdən o, 2 iyul 2018-ci il tarixdə saat 08.00-da yaşadığı evin həyətində arvadı ilə mübahisə edib. Sonra yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Səlimə Vəliyevanın üzərinə yeriyib.
Bu zaman Səlimə Vəliyeva həyətdə yerləşən bir mərtəbəli tikiliyə daxil olub və gizlənib. Sabir isə tikilinin qapısını açmaq məqsədilə bıçağı tikilinin qarşısındakı soyuducunun üstünə qoyub.
Yarımtikilidə gizlənən qadın xilas edildi
Bu vaxt Sabir Vəliyevin qardaşı arvadı Könül Vəliyeva Səlimə Vəliyevanın hər hansı xəsarət almasının qarşısını almaq üçün ona kömək etmək istəyib.
Bu məqsədlə Könül Vəliyeva Sabir Vəliyevin soyuducunun üstünə qoyduğu bıçağı götürüb və qaçıb. Sabir Vəliyev qardaşı arvadının bıçağı götürərək qaçdığı üçün arxasınca gedib.
Qardaşı arvadını bağda yaxaladı və qanını tökdü
Sabir Vəliyev qardaşı arvadını yaşadığı iki mərtəbəli evin arxasındakı bağda saxlayıb və həmin bıçağı onun əlindən alıb. Sonra o, bıçaqla qardaşı arvadının kürək, sol və qarın nahiyələrinə qəsdən zərbələr vurub.
Könül Vəliyeva digər ailə üzvləri tərəfindən xəstəxanaya aparılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Sabir Vəliyev isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən Sabir Vəliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, ailə başçısıdır, 12 yaşlı övladı var, yoldaşı evdar qadındır, ata və anası vəfat edib.
"Arvadımın xəyanət etdiyini düşündüm"
Ailəsini yalnız fəhləlik etməklə dolandırdığını söyləyən Sabir Vəliyev deyib ki, əsəb xəstəsi olub.
Arvadının ona xəyanət etdiyini düşündüyünü deyən Sabir Vəliyevin sözlərinə görə, bu səbəbdən onunla mübahisə edib. Qeyd edib ki, arvadını bıçaqla vurmaq istəyib, bu zaman qardaşı arvadı köməyə gəlib: "Qardaşım arvadı bıçağı götürüb qaçdı, mən isə onun arxasınca düşdüm. Bağda onu tutaraq əlindən bıçağı aldım. Bu zaman bıçaq onun kürək nahiyəsinə dəydi".
"Özümə də xəsarət yetirmək istəmişəm"
Sabir Vəliyev qeyd edib ki, qardaşı arvadını vurmaq istəməyib: "Qardaşım arvadına bıçaqla xəsarətin hansı şəraitdə yetirməsini xatırlamıram. Çünki həmin vaxt özümdə olmamışam. Hadisədən sonra əsəbi vəziyyətdə bir neçə dəfə özümə də xəsarət yetirmək istəmişəm".
"Bıçağı götürərək bağa tərəf getdim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könül Vəliyeva bildirib ki, qayını olan təqsirləndirilən şəxs spirtli içki içdikdə və spiritli içkinin təsiri keçdikdə çox əsəbi olur: Bu halda arvadı Səlimə ilə mübahisələr edib, ona görə də Sabirin arvadı evdən olan bıçaqları gizlədib. Hadisə günü Səlimə Sabirin əlində bıçağı gördükdən sonra dayandığı yerdən qaçaraq həyətdəki evə girdi, otağın qapısını içəridən bağladı. Sabir onun dalınca gedərək bağlı qapını iki əli ilə döyərək, qapının açılmasını tələb etdi. Bu vaxt əlindəki bıçağını qapının ağzında yerləşən soyuducunun üzərinə qoydu. Həmin bıçağı götürərək bağa tərəf getdim. Sabir də mənim dalımca qaçdı. Əlimdəki bıçağı yerə atdım və yenə də qaçdım. Bu zaman Sabir götürdüyü bıçağı kürək nahiyəmdən vurdu".
7 il cəzadan 1 il çıxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabir Vəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sabir Vəliyev apelyasiya şikayəti verib.
Sabir Vəliyev şikayətində barəsində humanist addım atılmasını xahiş edib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün tətbiq edilməsini istəyib.
Sabir Vəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə gödərilib. Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Sabir Vəliyevin cəzası 6 ilə endirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)





