Kriminal

"Elə bil dünya yıxılıb altında qalmışam" - Əri öldürülən Sevil Nuriyeva - YENİLƏNİB

20 Sentyabr 2018 10:13
11 Şərh     Baxış: 20 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:13

Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib. 

Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hisslərini belə ifadə edib: "Elə bil dünya yıxılıb altında qalmışam". 

----------
09:59

Xəbər verildiyi kimi, Azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Milli.Az bildirir ki, teleqraf.com baş vermiş faciə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.

Telefon zəngimizə ağlayaraq cavab verən Sevil Nuriyeva hazırda danışacaq durumda olmadığını və baş vermiş hadisə ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.

Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.