Ölkə

Bakıda polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi

30 İyun 2025 09:17
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla" əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

T.Məmməda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.