Uşağa ad seçmək valideynlərin ən vacib qərarlarından biridir.
Bəs insanlar arasında ən popular olan ad hansılardır?
Milli.Az xəbər verir ki, dünyada ən çox yayılan kişi adı "Mohamed" və onun variantlarıdır.
Ərəb mənşəli bu ad İslam Peyğəmbərinə ithaf olunur və 2020-ci ildə təxminən 1,9 milyard müsəlmanın yaşaması onun geniş yayılmasını izah edir. "Mohamed" həm müsəlman ölkələrində, həm də Avropa və Amerikadakı miqrant icmalarında populyardır.
Qız uşaqları arasında isə "Mari" və onun variantları "Mariya", "Məryəm" və s. ən çox seçilən adlardır. Bu ad katolik ənənəsindən gəlir və UNICEF-in 2023-cü il hesabatına görə, Avropa, Latın Amerikası və Asiyada populyarlığını qoruyur.
Bir sözlə, "Mohamed" və "Mari" müxtəlif mədəniyyətlərdə ən geniş yayılmış adlar olaraq qalır.
Asya
Milli.Az