Pakistanda musson yağışları 4 günə 45 nəfərin həyatına son qoyub.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, ən çox qurbanlar Xeyber-Paxtunxva, Bəlucistan və Pəncab vilayətlərində qeydə alınıb.
Yaralıların sayı isə 68-ə yüksəlib.
Ölkənin demək olar ki, bütün əyalətlərinə yağan leysan yağışları nəticəsində həyat iflic hala düşüb.
Milli.Az