Kriminal

“Hacı Beyləqanski” saxlanılıb - Rövşənin dostu idi - VİDEO - FOTO

1 İyun 2018 11:02
8 Şərh     Baxış: 9 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rövşən Lənkəranskinin ən yaxın silahdaşlarından biri olan ''qanuni oğru'' Hacı Beyləqanski (Talıbxanlı) həbs olunub. Milli.Az criminal.az-a istinadən xəbər verir ki, Beyləqanski Rusiyanın paytaxtı Moskva şəhərindəki ''Belıy dom'' restoranında saxlanılıb. 

Hacı Beyləqanskinin hansı şəraitdə və səbəbdən tutulaması məlum olmasa da, üz nahiyəsində xəsarətlər var, ağzı qan içərisindədir. 

Hacı Beylaqanski mərhum Rövşən Lənkəranskinin ən yaxın dostarından biri olub. R.Lənkəranski İstanbulda qətlə yetiriləndən sonra o da saxlanılmışdı, sonradan sərbəst buraxıldı. Bir neçə ay əvvəl Lənkəranskinin qardaşı Namiq Canıyevlə birlikdə tutulmuşdu. ''Lotu Quli''yə sui-qəsd hazırlığında günahlandırılırdı. Türkiyə məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. 

Criminal.az bildirir ki, Lotu Qulinin də hazırda Sankt Peterburqda olması ehtimal olunur.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rövşən Lənkəranskinin dostu həbs edildi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.