Kriminal

Burnunda cəzaçəkmə müəssisəsinə tiryək keçirmək istədi - FOTO

22 Mart 2018 18:20
1 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az-ın xidmətin saytına istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.1; 206.3.2; 234.1; 234.4.3-cü maddələrinə əsasən 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Babək Surxay oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bərdə rayon sakini Babayev Dəyanət Nürəddin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman burun boşluğunun içərisində gizlətdiyi kağız bükülüdə 2.008 qram narkotik vasitə - tiryək aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.