Kriminal

"Cemo"nun həbsində Vaqif Bakinskinin əli olub

20 Yanvar 2017 23:06
Baxış: 3 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Moskvanın "Şeremetyevo" hava limanında 2015-ci ildə Rusiya polisi tərəfindən həbs edilmiş "qanuni oğru", 41 yaşlı Cemal Mikeladze ("Cemo") İtaliya polisinə təhvil verilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Cemo İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların "yuyulması", sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.

2016-cı ilin mart ayına kimi Cemo Rusiyanın Kemerovo şəhərində həbs cəzası çəkib, sonradan Moskvaya etap olunub.

Kriminal dünyaya yaxın mənbələrin məlumatına görə, Cemonun polisin əlinə düşməsində onun düşməni, "qanuni oğru" Diplomat Vaqifin (Vaqif Bakinski kimi də tanınır) də "əməyi" olub.

51 yaşlı, Gürcüstanda anadan olub sonradan Bakıda yaşamış Vaqif Süleymanovun Cemal Mikeladze ilə ilk münaqişəsi 2010-cu ilə təsadüf edir. Eyni ildə Diplomat Vaqifin adamları ilə mərhum Rövşən Lənkəranskinin adamları arasında da münaqişə baş verib.

Qeyd edək ki, Diplomat Vaqif digər "qanuni oğru" Rafiq Eyvazovla (Masallı Rafiq) yaxınlığı ilə seçilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.