"Qadınları izləyirdik, qaranlıq yerdə..." - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda soyğunçuluqla məşğul olan 4 nəfər saxlanılıb.
Hüquq mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat həyata keçirilib. Soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları soyğunçuluq törətməkdə şübhəli bilinən Lerik rayon sakini Elxan Əliyevi və Biləsuvar rayon sakini Baba Hüseynlini saxlayıblar. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sakinlərə məxsus içində pul və qiymətli əşyalar olan əl çantalarını soyğunçuluq yolu ilə ələ keçiriblər. Onların qadınlara qarşı 10-dan artıq cinayətlər törətdikləri müəyyənləşdirilib.
Elxan Əliyev - saxlanılan şəxs: "14-15 qadını soymuşuq. Əsasən, qadınları izləyirdik, qaranlıq yerdə çantalarını götürüb qaçırdıq. Qiymətli əşyaları aramızda bölürdük".
Rayon ərazisində soyğunçuluq törədən daha bir nəfər də polisin isti izlərlə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Belə ki, Cavadxan küçəsində naməlum şəxs vətəndaşa zor tətbiq edərək içərisində 80 manat pul və sənəd olan çantasını alaraq qaçıb. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağayev yaxalanıb.
Ramin Ağayev - saxlanılan şəxs: "Bir qadınla bir oğlan idi, çantalarını götürüb qaçdım. Yarı yolda polislər tutdu".
Bundan başqa, paytaxt sakininin mobil telefonunu zorla əlindən alan Bakı şəhər sakini Qurban Hüseynov saxlanılıb.
Qurban Hüseynov -saxlanılan şəxs: ""Əcəmi" metrosu yaxınlığında tanımadığım adama yaxınlaşdım, zəng eləmək məqsədilə telefonunu istədim vermədi, onu çəkdim tinə. Telefonu əlindən alıb qaçdım".
Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır. Onların əməllərindən zərərçəkənlər varsa, Daxili işlər Nazirliyinin "102" zəng mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
XƏBƏR LENTİ
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
-
Xalqın döyərək öldürdüyü şair - Seyid Əzim Şirvani (Foto/Video)
-
Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir (TAM ÇIXIŞ)
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib (Foto)
-
Hakan Aysev 7-ci dəfə evləndi
-
“Qəbələ”dən mövsümün ilk transferi
-
"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi (Foto)
-
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
-
ABŞ-də 5,5 ballıq zəlzələ oldu
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Alla Puqaçova iki ürək əməliyyatı keçirdi







