Qohumunun evindən oğurluq etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəran polisi qohumunun evindən qızıl-zinət əşyalarını oğurlayan şəxsi yaxalayıb. Bildirək ki, bu saxlanılan şəxsin artıq ikinci məhkumluğu olacaq.
Milli.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, 12 noyabr, 2015-ci il tarixində Rahim Ramazan oğlu Abiyev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək rayonun Türkəkəran kəndindəki evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğurluğu törədən şəxs elə ailənin qohumu, Astara rayon Şiyəkəran kənd sakini, 3 uşaq atası, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyevdir.
O, axşam saatlarında sözügedən ünvanda giriş qapısını sındıraraq içəri daxil olub və oradan Abıyeva Fatma Məmmədrza qızına məxsus ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, əməlini etiraf edərək qızılları həyətindəki basdırdığı yerdən çıxararaq istintaqa təhvil verib.
Əlağa Hüseynov - müstəntiq: "Hal-hazırda Quliyev Ramin Cəfər oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.3.2- ci maddəsi ilə istintaq aparılır və o, təqsirləndirilən səxs qismində cəlb olunub və onun barəsində dörd ay həbs qəti imkan tədbirləri seçilmişdir".
Qeyd edək ki, bu, Ramin Quliyevin ilk məhkumluq həyatı olmayacaq. O, əvvəllər də mal-qara oğurladığı üçün həbs edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
XƏBƏR LENTİ
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub





