Bakıda qız üstündə atışma: keçmiş polis öldürüldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10:21
Bakıda baş vermiş atışmanın təfərrüatları məlum olub.
Milli.Az Nizami rayon Polis İdarəsindən əldə etdi ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.
-----------
10:02
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus" markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs hadisə yerindəcə keçinib.
Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, "Chevrolet" markalı maşına çırpılıb və avtomobilini aşırıb. Əldə etdiyimiz məlumata görə, "Lexus"un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.
Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.
O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.
Onun sözlərinə görə, İbrahimov Nadir idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus" markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami Rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov" markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.
İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da, dünyasını dəyişib.
Hadisə barədə əlavə məlumatlar verəcəyik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sən demə, illərdir qabartma tozundan səhv istifadə edirmişik
-
Şəkərsiz və sağlam qəlyanaltı: Fit maffin resepti
-
Yaddaşı gücləndirməyin 5 qızıl qaydası
-
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb...
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
-
Limonlu çay içənlərin DİQQƏTİNƏ
-
Xalq artistinin evində toy olacaq
-
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
-
Cəlilabadda ağır qəza - xəsarət alanlar var - FOTO
-
Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb
-
Bu içkilər infarkt riskini artıra bilər
-
Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO
-
Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər
-
Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürüb - FOTO
-
Soyuducu qapısına kağız sıxışdıranlar fərqi dərhal görür
-
“Həmişə çempion olası deyilik ki...” - Qurban Qurbanov
-
Zibilini atan pul qazanacaq: Küçələrə yeni ağıllı maşınlar yerləşdirilir
-
“Bu oyun mənim suyumu çıxardı”
-
Can Yaman tanınmaz dərəcədə dəyişdi - FOTO
-
Günün qoroskopu: məhz bu anlayış sizi azad edir
-
Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir
-
Kriştiano Ronaldo: "Karyeramın sonu yaxınlaşır..."
-
İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
-
Ödem atan bitki çayları hansılardır?





