Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda öldürülən cərrahın qanını batırmaq istədilər
18 Dekabr 2014 14:07
0 Şərh
Baxış: 3 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Apelyasiya Məhkəməsində pul üstündə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası olub. Prosesdə tərəflərin apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxış iclası yanvarın 6-na təyin edilib.
Qeyd edək ki, ötən il mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.
Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı "Mercedes MLK" markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən "20 Yanvar" dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər - Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulublar.
Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub. Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Bağırlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Koroğlu Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyib.
Hökmdən Baş Prokurorluq da apellyasiya protesti verib. Prokurorluq Koroğlu Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı şikayət ediblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO
-
“Arzum”un işində müstəntiq məhkəmədə dindiriləcək
-
Səidə uşaqlarının gözü önündə qətlə yetirilibmiş - YENİLƏNİB
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO