Kriminal

İdarə rəisi həbs edildi

27 Avqust 2014 20:06
0 Şərh     Baxış: 3 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qaradağ Metal Konstruksiya zavodundakı faciə ilə əlaqədar istehsalat rəisi həbs edilib. Axar.az xəbər verir ki, iyulun 18-də bir fəhlənin ölümü, birinin ağır yaralanması ilə nəticələnən faciə ilə əlaqədar artıq cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıldığını bildirdi: "İş üzrə Yusifov Hafiz Məhərrəm oğlu tutularaq istintaqa cəlb olunub. Barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, iyul ayının 18-də Qaradağ Metal Konstruksiya zavodunda faciəvi hadisə baş vermişdi. İki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşın işə salınmış və yerindən tərpənmişdi. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılmışdı. Fəhlələrdən biri hadisə yerindəcə keçinmişdi, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.