Kriminal

71 yaşlı kilşi 28 yaşlı oğlunu bıçaqladı - (Video)

1 Sentyabr 2026 23:51
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ata öz oğlunu bıçaqlayıb... 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bıçaq xəsarətləri alan 28 yaşlı oğlan xəstəxanaya çatdırılıb.

Məlumata görə, 28 yaşlı Təhmasib Novruzovla atası arasında mübahisə yaranıb. Hadisə də elə bundan sonra baş verib.

TƏBİB-dən bildirilib ki, 28 yaşlı şəxs Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 

Hadisəni törətməkdə şübhəli bilinən - zərərçəkənin atası, 71 yaşlı Nadir Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.