Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünən qardaşım, Əməkdar artist Səyavuş Şəfiyevin doğum günü idi. Bacı və qardaşım məni tək qoyublar. Ailədə heç kim qalmayıb. Səhər açılandan o qədər ağlamışam ki.. (ağlayır). Səyavuşun məzarını ziyarət edərək dualar oxudum. Səyavuş çox sakit təbiətli, yumuşaq insan idi. Moskvada sirkdə işləyirdi. Daha sonra gəlib Azərbaycanda işlədi. Mən çox arıq qız idim. Həmişə məni qucağına götürüb atıb-tutardı. Həmişə də deyərdi ki, "bunu özümə köməkçi götürəcəm". Anam da deyərdi ki, "evə ikinci sirk artisti lazım deyil". Biz hamımız onunla fəxr edirdik. Nəinki bizim, o bizim bütün qohumların sevimlisi idi.. Biz ona "Saşa" deyirdik. Səyavuş Moskvadan gələndə toy-bayram idi"
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında mərhum aktyor, Əməkdar artist Səyavuş Şəfiyevin bacısı İradə Qasımova deyib. O, daha sonra qardaşını geniş tamaşaçı kütləsinə sevdirən və tanıdan "Əhməd haradadır?" filmindəki Əhməd rolundan danışıb:
"O, bu filmə çəkiləndə mən uşaq idim. Adil İsgəndərov onu dəvət etmişdi. Biz də sevilirdik ki, qardaşım filmə çəkilir. Onu bilirəm ki, sınaq çəkilişindən sonra onu dərhal rola dəvət ediblər. Ondan başqa aktyoru sınamayıblar. Necə sakit təbiətli idisə, çəkildiyi filmlərdə də həmin xarakterini nümayiş etdirirdi" deyə o, bildirib.
İradə Qasımova qardaşının iki dəfə ailə həyatı qurduğunu bildirib:
"Səyavuş iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı da rus idi, amma o sirkdə işləyirdi. Kəndirin üstündə gəzirdi. Sonra müəyyən səbəblərə görə ayrıldılar. İkinci dəfə bizdən xəbərsiz ailə həyatı qurdu. Moskvadan təyyarədən düşən kimi xanımını nənəmizin yanına gətirmişdi. Nənəm də qızı yaxşı qarşılayıb. Nənəmə deyib ki, "mən qorxuram evə getməyə, anam hirslənəcək". Böyük oğlan idi, amma o vaxt hörmət, izzət var idi. Böyük-kiçik sayırdılar. Ata-anadan qorxurdular. Nənəm onu götürüb gəlib anamın yanına və anama deyib ki, "mənə görə heç nə demə, ağzını da açma". Biz həmin xanımı qəbul etdik. O, burada oxudu, universiteti bitirdi. Rus deyildi, Ukraynada doğulmuşdu" deyə o bildirib.
İradə xanım qardaşının xəstəliyindən də danışıb:
"Fransada qastrol səfərində olarkən infarkt olur. Sonra dili tutulur. O, nəsə demək istəyirdi, amma biz onu başa düşmürdük. Sağ əli işləmirdi, sol əli ilə nəsə yazırdı.
Yoldaşı onu çox yaxşı başa düşürdü. Hirslənirdi ki, biz bacıları onu başa düşmürük. Onun səhhətini başa çıxmaq üçün yanına gələnlərə də hirslənirdi. O, başa düşmürdü ki, o niyə danışa bilmir?! Ona elə gəlirdi ki, o, danışır, amma biz ona cavab vermirik. Bu tip xəstələrdə belə hallar yaşanır" deyə bacısı bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
XƏBƏR LENTİ
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)





