Kriminal

"Roşka" ilə bağlı qərar verildi

13 Yanvar 2026 17:20
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

sitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində tərəflərin ifadələri yenidən elan edildikdən sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

Çıxışlar mərhələsində vaxt məhdudiyyəti yarandığından proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov 2025-ci ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

"Roşka"nın barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.